Axmaqlar bir-birini cəlb edir

Bu sözləri çox eşitmişik — “Kişilər ağıllı qadınları sevmir.” Nəsə boşluq var, düzdür? Bu cümlənin qarşısına “axmaq” və ya “uğursuz” (ing. “loser”) əlavə etdikdə, cümlə canlanır, məna qazanır, elə deyilmi..?! Məsələn, mən desəm ki, “Axmaq kişilər ağıllı qadınları sevmir” – bu cümlədə heç bir boşluq olmaz. Axı həqiqətən də ağıllı qadını sevməyən, axmaq qadınları, başıboşları üstün tutanlar özləri ən böyük axmaqdırlar. Və hörmətli axmaq kişilərin sırasında olanlar, sizə bir sirr açım: həqiqətən ağıllı olan qadın da “axmaq qadın ovunda olan” sizləri heç bir zaman özünə həyat yoldaşı və ya sevgili və hətta dost görməz. Yəni, qısası siz bu düşüncə ilə ancaq elə başıboşlara da layiqsiniz. Çox sərt oldu? Eybi yox, sizə bu da azdır. Həqiqətən ağıllı olan xanım, yanında güvənə biləcəyi, arxalana biləcəyi, qeybətdən uzaq, alçaqlıqlardan və boşboğazlıqdan uzaq əsl kişi görmək istəyir və gec və ya tez istədiyi insanı yanında tapır. Düzü bəzən ümid itirib, axmaqlarda “çarə” tapanlar da olur təəssüf ki. 

Davamı →

Kişilər hansı qadınları əsla tərk etmir

Sizcə, kişilər hansı qadınları tərk edir? Cavab: Hamısını!
Amma gəlin, bir az obyektiv olaq. Kişilərin birinci düşməni ərköyün, isterik, baxımsız, yaxınlıqdan imtina edən qadınlardır. Bəlkə də problemin özəyi daha dərin qatlarda yatır.
Vazkeçilməz qadının əsas cəhətlərini təqdim edirik.

Davamı →